Azərbaycanda sulu qəlyanlara məhdudiyyət qoyula bilər
"Azərbaycanda "Tütün istehlakının məhdudlaşdırılması haqqında" qanun lahiyəsi artıq hazırdır".
BAKU.WS bildirir ki, bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsi tərəfindən hazırlanıb: "Yaxın vaxtlarda komitə bu qanun layihəsini müzakirəyə çıxaracaq. Bu ilin sonuna qədər Milli Məclisin plenar iclasına tövsiyə olunması gözlənilir".
M.Quliyev qeyd edib ki, qanun layihəsində tütün məmulatlarının istehlakı ilə yanaşı, sulu qəlyanların da istifadəsinin məhdudlaşdırılması nəzərdə tutulub.
BAKU.WS
Oxşar xəbərlər
İşsizlərə şad XƏBƏR - Yeni qanun layihəsi müzakirəyə çıxarılır
Azərbaycanda "İşsizlik üzrə icbari sığorta haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılacaq. BAKU.WS bildirir ki, bunu modern.az-a açıqlamasında Milli Məcl...