Siqaret çəkənlərə pis xəbər: qadağan olunur

Siqaret çəkənlərə pis xəbər: qadağan olunur
Şou-biznes 6245

 

Azərbaycanda tütün məmulatlarından istifadənin məhdudlaşdırılması ilə bağlı qanun layihəsinin hazırlanması nəzərdə tutulur.

BAKU.WS bildirir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Ümumdünya Səhiyyə Təşkilatının son statistikasında siqaretdən istifadəyə görə Azərbaycanın ön yerlərdə (13-cü yer) olmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, 10 il ərzində bu məsələ zaman-zaman komitənin planına daxil edilib, hazırda isə yenidən gündəmə gəlib:

"Artıq planlaşdırılıb və yaxın zamanda bununla bağlı ayrıca qanun layihəsinin hazırlanıb müzakirəyə çıxarılması nəzərdə tutulur. Bu məsələ sağlamlıqla bağlı olduğu üçün MM-in Səhiyyə komitəsindən də keçəcək. Amma nəticədə siqaretin yaratdığı fəsad sosial problem, gələcəkdə əlilliyə səbəb olduğu üçün qanun layihəsinin hazırlanması ilə bizim komitə məşğul olacaq. Siqaretdən istifadə ilə bağlı cəmiyyətimizdə anormal vəziyyət müşahidə edirik. Məsələn, yeniyetmədən niyə siqaret çəkdiyini soruşursan, deyir, bilmirəm. Yaxud deyir, filankəs çəkir, mən də çəkirəm. Ən dəhşətlisi isə odur ki, qadınlar arasında da siqaretdən istifadə halları artıb. Sonuncu statistika çox ciddi narahatlıq doğurur, ona görə də "Tütün və tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında" sənədin hazırlanması gündəmdədir. Komitə üzvü Musa Quliyevlə fikrimiz var ki, qanun layihəsini hazırlayaq".

BAKU.WS

Oxşar xəbərlər

Deputat Şeyxi ittiham etdi: Qanunun qəbuluna mane olurdu

Deputat Şeyxi ittiham etdi: Qanunun qəbuluna mane olurdu

"Açıq danışmaq lazımdır ki, Azərbaycanda "Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin qəbulunun ləngiməsinə obyektiv səbəblərdən daha çox subyektiv səbəbl...

1521 Sosial 16:35 13 aprel 2016

Son xəbərlər