Azərbaycanda bəzi adamların meyiti yandırılacaq

Azərbaycanda bəzi adamların meyiti yandırılacaq
Sosial 4238
 

"Azərbaycanda məzarlıqlarla bağlı yeni qaydalar qanun layihəsi formasında Milli Məclisdə baxılmasına ehtiyac olmadı. Məsələ Nazirlər Kabinetin tərəfindən həll olunub və yaxın zamanlarda qərar layihəsi kimi açıqlanacaq".

Bunu APA-ya açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S. Novruzovun sözlərinə görə, müəyyən detallar aydınlaşandan sonra rəsmi sənəd açıqlanacaq: "Hər şey ölçülüb-biçilməlidir. Burada şəhidlərimizin məzarı var, tanınmış şəxslərin məzarı var. Məsələn, yazıçı, şair və sair. Daha sonra yerlərin ayrılması, məzarlıqların kimin idarəsinə verilməsi məsələsi var. Bələdiyyəyə verəkmi, yoxsa ayrıca qurum yaradaq? Bu məsələlər artıq yekunlaşmaq üzrədir. Yekunlaşan kimi açıqlanacaq. Ən ucuz qiymətə, eyni standartda olan məzarlar olacaq. Məzarlıqlar su hövzəsindən ən azı 300 metr kənarda salınacaq. Səbəb meyitin torpağa qarışdıqdan sonra suya sirayət etməsidir ki, buna yol vermək olmaz. Tibbi qaydalar nəzərə alınacaq. Elə xəstələr var ki, onları basdırmaq olmaz, nəşi yandırılmalıdır. Çünki elə xəstəliyin daşıyıcısı ola bilər ki, torpağa qarışdıqdan sonra yayılma ehtimalı böyük ola bilər. Ona görə layihədə təhlükəli xəstəlik daşıyıcısı olan ölənin nəşinin yandırılması məsələsi də əksini tapıb”.

BAKU.WS

Son xəbərlər