Siyavuş Novruzov qız qaçırmadan danışdı: "Bəlkə qız və oğlan bir-birlərini seviblər"
23
may
2018
12:58
“Ailələrin dağılması ciddi problemə çevrilib”.“Report”un xəbərinə görə, bunu Milli Məclisdə “Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər” mövzusunda keçirilən dinləmədə hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.O bildirib ki, bunun səbəblərin biri də valideynlərin ailəyə müdaxiləsidir: “Valideyn istəyir ki, övladı ailə qursun, amma bilmir ki, övlad buna hazırdır, ya yox. Baxırsan, nə işi, nə təhsili var... Deyirlər, yaşı keçir, evlənməlidir. Bu yanaşma düzgün deyil”.S.Novruzov qeyd edib ki, mətbuat orqanlarının ailələrin möhkəmləndirilməsində deyil, dağılmasında daha böyük xidmətləri var. Ailədən uzaq insanları mütəmadi olaraq televiziyada efirə çıxarırlar. Bir neçə gün bundan öncə, abituriyentlərin biri bal toplaya bilmədiyi üçün intihar etdi. Mətbuat bu məsələni şişirdən kimi onun ardınca bir neçə nəfər də intihar etdi. Keçmişdə belə halları təbliğ etmirdilər”.Komitə sədri qeyd edib ki, ölkədə qız qaçırmaya görə də, adam oğurluğuna görə də eyni maddə tətbiq olunur, bu, düzgün deyil: “Bəlkə qız və oğlan bir-birlərini seviblər, valideynlər isə razı olmayıb, onlar da bu cür addım atıblar”.BAKU.WS
Oxşar xəbərlər
Hər il Azərbaycanda nikahdan kənar 2 minə yaxın uşaq doğulur - İNANILMAZ STATİSTİKA
“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ən çox alimentlərlə bağlı müraciətlər daxil olur. Cüzi miqdarda olan alimentin verilməsi problemə çevril...