İcra başçısından şəhid qəbiri ilə bağlı Tolikə sərt cavab
Aprel döyüşlərində həlak olan şəhid Elvin Mirzəyevin qəbir daşının qoyulmasıyla bağlı xərcləri prodüser Tarix Əliyevin (Tolik) öz üzərinə götürməsi ilə bağlı xəbər vermişdik.
BAKU.WS bildirir ki, məsələ ilə bağlı bizimyol.info Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevlə əlaqə saxlayıb. O, sayta açıqlamasında şəhidlərin qəbir üstlərinin götürülməsi məsələsinin həll edildiyini bildirib.
"Bu gün rəsmi şəxslər gələcək, onların övladlarına medallar təqdim ediləcək. Qəbirlərin düzəldilməsi ilə bağlı Müdafiə Nazirliyi ilə məsləhətləşmələr aparmalı idik. Ona görə də bu məsələlər bir az yubanırdı. Qaldı ki Tolik deyilən bir adamın bu məsələlərə qarışmağına, o belə şeylərlə özünü reklam etməsin. Ayıbdır, dövlət var, belə şeyləri həll eləməyə gücümüz çatır, sadəcə niyə bir az yubanıb, izah etdim.
Daha sonra icra başçısı açıqlamasında Toliki tanımadığını bildirib. "Tolik qələt edib, başını da daşa döyüb. Mən özüm bu məsələni diqqətimdə saxlayıram. Bu gün hər şey həll olunacaq. Tolik bununla özünə reklam qazanmasın, ayıbdır. Əgər eləmək istəyirdisə, bunu səssiz-səmirsiz edərdi, daha reklam edə-edə yox. Çox iş adamları, xeyriyyəçilər var ki, şəhid ailələrinə yardım etmək istəyir. Amma heç kəs bunu Tolik formasında etmir".
BAKU.WS
Oxşar xəbərlər
Tolik aprel döyüşlərində həlak olan şəhidin qəbir daşının qoyulmasını öz üzərinə götürüb
Prodüser Tarix Əliyev (Tolik) aprel döyüşlərində həlak olan şəhid Elvin Mirzəyevin qəbir daşının qoyulmasını öz üzərinə götürüb. BAKU.WS məlumat verir ki, bu h...