Şəbnəm Tovuzlu icra başçısı ilə “sevgili” olması haqda
Son zamanlar müğənni Şəbnəm Tovuzlu ilə bağlı yayılan xəbərlərin ardı-arası kəsilmir. Ən son isə müğənninin rayonlardan birinin icra başçısı ilə sevgili olduğu xəbəri yayıldı.
Gununsəsi.info bununla bağlı Şəbnəm Tovuzludan açıqlama alıb: "Yalan şayiələrdir. Mən hamısını oxuyuram və bu məsələlərə normal baxıram, çünki onların əlində heç bir dəlil, sübut yoxdur. Gündəmdə olan müğənniyəm, ona görə söz atırlar. Ən son xəbəri oxuyanda çox güldüm. Görəsən, sintezator ifaçısı necə icra başçısı olub? Ayıbdır. Düşmənim də yoxdur, bu məlumatları mənim haqqımda mediaya kim sızdırır, bilmirəm?! Mən dava-dalaşdan uzaq insanam. Sakit biriyəm deyə şaiyə yayırlar. Heç birinə heç nə deməyəcəyəm, məhkəməyə də vermək fikrim yoxdur. Özləri də bilmədən məni reklam edirlər, sağ olsunlar, amma mənə belə reklam lazım deyil. Bu yayılan xəbərlər mənim heç xoşuma gəlmir. Buna baxmayaraq, öz işimlə məşğulam. Heç birinə əhəmiyyət vermirəm, məni heç maraqlandırmır”.
BAKU.WS
Oxşar xəbərlər
Şəbnəm Tovuzlu icra başçısının sevgilisi çıxdı
Bir müddət öncə mətbuatda adı ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi,...