ClimateLaunchpad Azerbaijan proqramının məzunu "Forbes"in siyahısına düşdü
27
mar
2018
12:10
Azərbaycanın gənc ixtiraçısı Reyhan Camalovanın adı "Forbes"in Sənaye, istehsalat və enerji sahəsində "30 yaşdan aşağı 30 gənc araşdırmaçı" siyahısına daxil edilib.15 yaşlı bu gənc qız Azərbaycandan bu siyahıya düşən ilk şəxsdir. Ümumilikdə siyahıya 29 şəxsin adı daxil edilib.Qeyd edək ki, Reyhan Camalova Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində iştirak edib. O, bu sammitə yağış suyundan enerji istehsal edən "Rainergy" qurğusu ilə qatılıb.Qurğu dörd əsas hissədən - yağış suyunun kollektoru, su çəni, elektrik generatoru və batareyadan ibarətdir. Yağış suyu kollektoru su çənini yağış suyu ilə doldurur, su isə elektrik generatorunun içi ilə sürətlə axaraq elektrik enerjisi yaradır. İstehsal olunan enerji akkumulyatorlarda toplanır, elektrik şəbəkəsinin xətlərinə düşən təzyiqi azaldır və ehtiyacı olan icmalara elektrikdən istifadə etmək üçün əlavə mənbə verir.BAKU.WS
Oxşar xəbərlər
İvanka Trampı heyran qoyan azərbaycanlı Reyhana vəzifə verildi
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Hindistanda keçirilən Qlob...