Çində COVID-19-a yoluxmuş şəxslər bu dərmanla sağalıb - FOTO
Uhan şəhərində yaranan və dünyaya sürətlə yayılan COVID-19 pandemiyasına qalib gəlmək üçün Çin səhiyyəsi yeni dərman müəyyənləşdirib.
BAKU.WS xəbər verir ki, "favipiravir" adlı dərman koronavirusun sağalma müddətini 11 gündən 4 günə endirib.
Çin Milli Biotexnologiya İnkişaf Mərkəzinin rəhbəri Zhang Xinmin bildirib ki, "favipiravir" dərmanı COVID-19 virusuna qarşı mübarizədə təsirli rol oynayır.
Qeyd edək ki, adı çəkilən dərman mülayim və nizamlı hallar üçün bərpa müddətini 11 gündən 4 günə endirir.
Yaponlar tərəfindən hazırlanan "favipiravir" dərmanı 2014-cü ildən bəri Yaponiya və bəzi ölkələrdə satışa çıxarılıb.
Son rəqəmlərə əsasən, Çində koronavirusa yoluxmuş 81 mindən çox insandan 69 min 716 nəfər sağalmağı bacarıb. Ölənlərin sayı isə 3241 nəfər təşkil edir.
Qalereya
Oxşar xəbərlər
ABŞ-da koronavirusa görə edamın icrası təxirə salınıb
ABŞ-ın Texas ştatında koronavirusa görə məhkum Con Vilyam Hammelin edamı təxirə salınıb. “Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb. Bildirilib ki, o...