ABŞ-da koronavirusa görə edamın icrası təxirə salınıb
ABŞ-ın Texas ştatında koronavirusa görə məhkum Con Vilyam Hammelin edamı təxirə salınıb.
“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.
Bildirilib ki, o, 2011-ci ildə hamilə həyat yoldaşını, 5 yaşlı qızını və qayınatasını qətlə yetirdiyi üçün mühakimə olunub. Məlumata görə, vəkili koronavirusla bağlı Texasda tətbiq edilən fövqəladə vəziyyət rejimini əsas göstərərək məhkumun edamının icrasının təxirə salınmasını istəyib. Vəkil qeyd edib ki, edamda çoxsaylı insanın, o cümlədən qohumlar, jurnalistlər və rəsmi şəxslərin iştirakı məhkumlar arasında koronavirusa yoluxma riskini artıra bilər.
Qeyd edək ki, ABŞ-da koronavirusa yoluxanların sayı 4 748 nəfərdir. Virusdan ölənlərin sayı isə 93 nəfərdir. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 162 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 188400-ə çatıb. Bunların 81 000 nəfəri sağalıb, 7 500 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Oxşar xəbərlər
COVID-19-a ən çox və ən az yoluxan QAN QRUPLARI
Çində dərc olunan "BMJ" adlı tibbi jurnalı Çin və ABŞ alimlərinin koronavirusla bağlı tədqiqatlarını dərc edib. BAKU.WS xəbər verir ki, tədqiqatda COVID-19-a ən...