Bu ölkədə COVID-19-a görə küçəyə çıxanlar 2 min avro cərimələnəcək
16
mar
2020
13:30
Bu günə kimi 860 nəfərin COVID-19 virusuna yoluxduğu Avstriyada küçəyə çıxmaq qadağan olunub.
BAKU.WS xəbər verir ki, buna səbəb ölkədə yayılan koronavirusun epidemiyasının qarşısını almaqdır.
Avstriya hökumətinin müraciətində qeyd olunub ki, yerli vətəndaşlar yalnız məhsul almaq, aptekə getmək üçün, başqalarına kömək etmək üçün və ya ən zəruri hallarda tək halda çölə çıxa bilərlər.
Qaydalara riayət etməyən şəxsləri 2 180 avroyadək cərimə gözləyəcək.
Qeyd edək ki, bu günə kimi Avstriyada COVID-19 virusuna 860 nəfər yoluxub. Onlardan 1 nəfəri ölüb, 6 nəfər isə sağalıb.
Oxşar xəbərlər
Koronavirusla bağlı hər kəsi maraqlandıran 17 CAVAB - VİDEO
Çindən dünyaya yayılan koronavirus epidemiyası barədə yenilənmiş məlumatlar hazırlanıb. BAKU.WS xəbər verir ki, bu barədə İstanbul Universitetinin Cərrahpaşa Ti...