İcbari tibbi sığorta ilə bağlı xidmətlər zərfinə dəyişiklik təklif olunur
"Tibbi sığorta haqqında" Qanunun xidmətlər zərfi ilə bağlı müddəalarına müvafiq dəyişikliklərin edilməsi təklif olunub.
BAKU.WS-in məlumatına görə, İcbari Tibbi Sığorta Agentliyindən Trend-ə bildirilib ki, təkliflərə əsasən, xidmətlər zərfi artıq baza və əlavə hissələrdən ibarət olmayacaq. Belə ki, zərf vahid toplu şəklində ambulator-poliklinika və stasionar şəraitdə göstərilən tibbi xidmətləri əhatə edəcək. Qanuna təklif olunan bu dəyişikliklər də hazırda Milli Məclisin payız sessiyasında müzakirə olunur.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusu (xidmətlər zərfi) hazırlanıb. Zərfə təxminən 3000 diaqnoz üzrə tibbi xidmətlər daxildir. Mərhələli tətbiq zamanı vətəndaşlara xidmətlər zərfi çərçivəsində ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ambulator və stasionar, o cümlədən həyati-vacib dəyəri yüksək olan tibbi xidmətlər göstəriləcək. Xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin adları və onlardan istifadə şərtləri, tibbi xidmətlərin tarifləri, müştərək maliyyələşmə məbləği, o cümlədən dərman vasitələri ilə təminat şərtləri təsdiq olunduqdan sonra bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
Xatırladaq ki, daha əvvəl icbari tibbi sığortanın xidmətlər zərfinin iki hissədən - baza və əlavə hissələrdən ibarət olacağı bildirilmişdi. Baza hissəyə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, əlavə hissəyə isə ixtisaslaşdırılmış tibbi yardım aid olacaq idi. Baza hissədən Azərbaycan vətəndaşları, Azərbaycanda daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin istifadə etməli idi. Baza hissədən istifadə pulsuzdur və bu xidmətlər üzrə hər il adambaşına 29 manat dövlət büdcəsi hesabına ödənilməli idi. Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə icbari tibbi sığortahaqqı ödənilməli idi.
Oxşar xəbərlər
Yanvarın 1-dən hər ay maaşınızdan bu qədər PUL TUTULACAQ - VİDEO
İcbari Tibbi Sığorta sahəsində bir sıra vacib dəyişikliklər ediləcək. Belə ki, İcbari Tibbi Sığorta haqqı öncədən müəyyən edilən 120 manatdan 90 manata endirilə...