Təcili Tibbi Yardım pullu olacaq

Təcili Tibbi Yardım pullu olacaq
Sosial 2611

Tibbi xidmətin keyfiyyətini artırmaq məqsədilə fəaliyyət nəticələrinə uyğun olaraq, ilkin tibbi xidmət müəssisələrinə illik bonuslar ödənilməsi planlaşdırılır.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin illik hesabatında öz əksini tapıb.

Qeyd olunub ki, ambulator və stasionar tibb müəssisələrinə hər bir xidmət üçün müəyyən edilən qiymətlərə uyğun olaraq ödənişlərin edilməsi, habelə təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə hər xidmətə görə ödənişin həyata keçirilməsi nəzərdə tutulur.

Hesabatda qeyd olunub ki, epidemioloji-demoqrafik göstəricilər, tibbi xidmətlərdən istifadə tezliyi, tibbi xidmət növlərinin həyati vacibliyi, səhiyyə sisteminin mövcud maddi-texniki imkanları, tibbi xidmətlərin qiyməti və səfərbər ediləcək maliyyə resursları nəzərə alınmaqla baza (əsas xidmətlər) zərfi tərtib edilib. Tibbi xidmətlər zərfi sığorta olunanlar üçün ilkin səhiyyə xidmətləri, ambulator və stasionar tibbi xidmətlər, o cümlədən yüksək vəsait tələb edən bir sıra müalicə və cərrahi əməliyyatlar üzrə təminatları nəzərdə tutur.

Arzu Mirzəyeva 

BAKU.WS

Son xəbərlər