Azərbaycanda icbari tibbi sığorta haqqı açıqlandı (VİDEO)

Azərbaycanda icbari tibbi sığorta haqqı açıqlandı (VİDEO)
Video
Video 3041

 

Azərbaycanda icbari tibbi sığorta haqqı açıqlandı. Yaxın vaxtlarda tətbiq olunması gözlənilən icbari tibbi sığortada adambaşına düşən aylıq sığorta haqqı 8-9 manat ətrafında olacaq.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi şöbə müdiri Vüqar Qurbanov bildirib. Onun sözlərinə görə, hazırki təkliflərdə illik sığorta haqqı 100 manatdan artıq olmayacaq. 

Sığortanın ödənişləri isə banklar və ödəniş terminalları vasitəsilə həyata keçiriləcək.

Şöbə müdiri bildirib ki, əhalinin əmək qabiliyyətli hissəsi, yəni işləyənlər və iş qabiliyyəti olanlar sığorta haqlarını özləri ödəyəcəklər. Amma burda da bəzi istisnalar olacaq.

Vüqar Qurbanov, həmçinin bildirib ki, artıq gələn ilin əvvəlindən etibarən icbari tibbi siğorta üzrə tibbi xidmətlərin göstərilməsinə başlanılacaq.

İlkin təkliflərə görə, icbari sığortanın əhatə edəcəyi xidmətlərə 1800-dən çox müayinə, müalicə, diaqnostik prosedur, cərrahiyə əməliyyatı və digər tibbi xidmətlər daxildir. Zərfə çox bahalı əməliyyatlar, o cümlədən ölkədə ən çox rast gəlinən ürək əməliyyatları da daxil edilib. Ancaq B və C hepatitləri, onkoloji xəstəliklər, orqan transplantasiyası əməliyyatları ilkin mərhələdə icbari tibbi sığorta paketinə daxil olmayacaq.

"Xəzər Xəbər” mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BAKU.WS

Oxşar xəbərlər

Komitə sədrinin müavini: "Səhiyyədəki rüşvətin qarşısı alınacaq"

Komitə sədrinin müavini: "Səhiyyədəki rüşvətin qarşısı alınacaq"

"Bu gün Azərbaycanda nə özəl və nə də dövlət tibb müəssisələri icbari tibbi sığortanın tətbiqinə hazırdır. Amma hazır olmalıdırlar". BAKU.WS bildirir ki, bunu...

2993 Sosial 10:50 29 sentyabr 2016

Son xəbərlər