Azərbaycanda icbari sığortadan milyon qazanan dələduzlar

Azərbaycanda icbari sığortadan milyon qazanan dələduzlar
Sosial 2330

 

Avtomobil sığorta bazarında yeni dələduz sığorta agentləri peyda olub. 

BAKU.WS-in məlumatına görə, avtombil icbari sığortasını bir ay öncədən yazmaq mümkündür. Yəni, sizin avtomobilinizin icbari sığorta müddəti iyunun 15-i bitirsə, sığorta agentliyi onu bir ay öncədən yaza bilər. May ayında sığorta yazılsa da, iyun ayından yeni müqavilə qüvvəyə minir. Ancaq dələduzlar bu vəziyyətdən öz xeyrlərinə istifadə edirlər. Dələduz sığorta agentlikləri ASAN Xidmətdən, DYP-dən, natariusdan, avtomobil elanı saytlarından və işini dəyişən sığorta işçilərindən müştəri bazanı əldə edir və bundan sui-istifadə edirlər.

Məsələn, siz bir il əvvəl X sığorta şirkətinin müştərisi olmusunuz. Şirkətin işçisi başqa bir sığorta şirkətinə keçir və məlumat bazasını özü ilə aparır. Bir ay öncədən sizin sığortanızı başqa şirkət adından yazır. Daha sonra sizə zəng edirlər və sığortanın yazıldığını bildirirlər. Müştəri isə bir anda əvvəlki sığorta şirkətinə deyil, dələduz sığorta şirkətinin müştərisinə çevrilir. Bununla da sizin öz sığorta şirkətinizə qadağa qoyulur və yalnız dələduz şirkət sizi sığortalayır.

Əslində sizi hansısa sığorta şirkəti sığortalayırsa, başqa bir şirkət ikinci dəfə bu əməliyyatı yerinə yetirə bilmir. Nəticə etibarı ilə dələduzlar sizin öz sığorta şirkətinizə blok qoyurlar. Müştərinin avtomobilini əvvəlcədən bron edən şirkət daha sonra müqaviləyə xitam verilməsinin imkansız olduğunu deyir. Müştəri nə qədər etiraz etsə də dələduz şirkət bununla razılaşmır. Əlacsız qalan müştəri həmin sığorta şirkətinə ödəniş etməyə məcbur qalır. Əgər digər sığorta şirkəti sizə endirim edəcəkdisə, dələduz şirkət sizi bu imkandan da məhrum edir.

"Qarant Sığorta Agentliyi”nin rəhbəri Ramin Səmədov BAKU.WS-ə açıqlamasında vəziyyətdən çıxış yolunu açıqlayıb. Şirkət rəsmisi bildirir ki, müştəri müqavilənin ləğv edilməsini tələb edə bilər: "Müştəri Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti İcbari Sığorta Bürosunun qaynar xəttinə müraciət etməklə həmin sığorta şirkəti barədə məlumat verib müqaviləni ləğv etdirə bilər. Müştərinin qanunsuz yolla, icazəsiz yazılan müqaviləyə xitam verməyə tam ixtiyarı var". 

Qaynar xətt: 012 595 00 20

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

İpoteka ilə ev alanlar üçün – NATAMAM SIĞORTA TƏHLÜKƏSİ

İpoteka ilə ev alanlar üçün – NATAMAM SIĞORTA TƏHLÜKƏSİ

Azərbaycanda ipoteka krediti ilə ev alanlar sığorta ilə bağlı problemlə üzləşə bilər. Söhbət ipoteka krediti ilə alınan əmlakın natamam sığortalanmasından gedir...

1155 İqtisadiyyat 17:17 13 may 2016

Son xəbərlər