Tanınmış aktyorun qızı XƏRÇƏNGƏ tutuldu

Türkiyəli aktyor Cihan Ünalın 48 yaşlı qızı, aktrisa İrmak Ünal 10 aydır süd vəzi xərçəngi ilə mübarizə apardığını açıqlayıb.
BAKU.WS xəbər verir ki, İrmak Ünal bu barədə sosial media hesabında paylaşım edib.
O, yeni ilin ilk günündə "süd vəzi xərçəngi" diaqnozu qoyulduğunu bildirərək, bu müddətin həm çətin, həm də dəyişdirici bir həyat təcrübəsi olduğunu yazıb.
"Süd vəzi xərçəngi ilə mübarizə çətin olsa da, erkən diaqnoz həyat qurtarır. Mənə həm elmin, həm də qəlbin işığı ilə yol göstərən həkimlərimə minnətdaram", – deyə Ünal vurğulayıb.
O, paylaşımında müalicə prosesində həm tibbi, həm də ruhani metodlardan istifadə etdiyini və bu mübarizəni "bir növ sənət" kimi gördüyünü qeyd edib.
İrmak Ünal hazırda iki övladı ilə birlikdə İndoneziyanın Bali adasında yaşayır.
Qalereya
Oxşar xəbərlər
Miri Yusif kimi klipinə çəkdi?
Xalq artisti Miri Yusif "İstanbul" adlı yeni mahnı ifa edib. BAKU.WS xəbər verir ki, Türkiyə türkcəsində yazılan bəstənin söz və musiqisini isə Zamiq Əliyev (Y...
