Avtomobillərin sığortasında yenilik (VİDEO)
Artıq müştərilər heç bir sığorta agenti ilə münasibət qurmadan, ödəniş terminallarında bəzi məlumatları daxil etməklə öz avtomobillərini sığortalaya biləcəklər.
BAKU.WS xezerxeber.com-a istinadən xəbər verir ki, avtomobillərin icbari sığortasının yeni qaydada satışı başlanır. Artıq sürücülər öz avtomobillərində bu sığorta növünü ödəmə terminalları vasitəsilə əldə edə biləcəklər.
Terminallarda avtomobilin siğorta edilməsi isə çox asan və tez surətdə başa gələcək. Sığorta haqqının ödənilməsi üçün müştərilər mobil telefon nömrəsini, şəxsiyyət vəsiqəsinin pin kodunu və nəqliyyat vasitəsinin nömrəsini terminala daxil etməlidirlər. Daha sonra nəqliyyat vasitəsinin növünü seçərək ödəniş etməlidirlər
Müştəri ödəniş etdikdən sonra bu barədə sığorta şirkətinə məlumat daxil olur. Və sığorta şəhadətnaməsi ünvana çatdırılır.
Hələlik ölkədə fəaliyyət göstərən bir sığorta şirkətinin tətbiq etdiyi yeniliyi gələcəkdə digər şirkətlərin təklif etməsi də istisna deyil. Terminallar vasitəsi ilə edilən sığorta zamanı müştərilər bonus manus sistemidən də asanlıqla istifadə edə biləcək.
BAKU.WS
Oxşar xəbərlər
Sürücülərə MMX ilə bağlı bəd xəbər
Artıq rəsmi dərc olunmuş və martın 1-dən qüvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsi sürücülərin törətdiyi və elektron protokolla rəsmiləşdirilən qayda pozu...