DÇ-2026-nın daha bir iştirakçısı bəlli oldu
Cənubi Afrika Respublikası (CAR) millisi 2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin ev oyununda Ruanda yığmasını 3:0 hesabı ilə məğlub edərək turnirin final mərhələsinə vəsiqə qazanıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, CAR 18 xalla C qrupunun qalibi olub və tarixində 4-cü dəfə dünya çempionatında iştirak hüququ əldə edib. Komanda 1998, 2002 və 2010-cu illərdə çempionatın qrup mərhələsini aşa bilməyib.
Beləliklə də, CAR dünya çempionatına vəsiqə qazanan 23-cü komanda olub. Daha əvvəl Meksika, ABŞ, Kanada (hamısı ev sahibləri), Yaponiya, İran, Cənubi Koreya, İordaniya, Avstraliya, Özbəkistan, Yeni Zelandiya, Argentina, Ekvador, Braziliya, Kolumbiya, Uruqvay, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana və Kabo-Verde DÇ-2026-nın final mərhələsinə adlayıb.
2026-cı il dünya çempionatında ilk dəfə olaraq 48 komanda iştirak edəcək. Turnir iyunun 11-dən iyulun 19-dək keçiriləcək.
Oxşar xəbərlər
İdmançılar mənə "like" qoyanda maaşların kəsirdilər - Rafael Ağayevdən inanılmaz açıqlamalar
Tanınmış karateçi, 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev Azərbaycan Karate Federasiyası ilə arasında olan problemdən danışıb. BAKU.WS xəbər verir...