Ramiz Mehdiyevin ittiham edildiyi maddələr AÇIQLANDI – Aralarında dövlətə xəyanət də var

Ramiz Mehdiyevin ittiham edildiyi maddələr AÇIQLANDI – Aralarında dövlətə xəyanət də var
Hadisə 2316

Ramiz Mehdiyevin ittiham edildiyi maddələr açıqlanıb.

BAKU.WS xəbər verir ki, o, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

***22:08

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, R.Mehdiyev xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur.

Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib.

Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər