DİN-dən Sədərək Ticarət Mərkəzindəki qalmaqala MÜNASİBƏT

Sədərək Ticarət Mərkəzində tərəflər arasında yaranan insidentlə bağlı polisə müraciətlər daxil olub.
Bununla bağlı BAKU.WS-ə DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, Qaradağ RPİ-nin İstintaq Şöbəsində hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır:
"Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".
***08:20
"Sədərək" Ticarət Mərkəzində sahibkarlarla Azərbaycan Dövlət Reklam Agentliyi arasında narazılıq yaranıb.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, sahibkarların iddialarına görə, ticarət mərkəzinin ətrafında yerləşdirdikləri ödənişli reklam lövhələri bu gün səhər tezdən, əvvəlcədən xəbərdarlıq edilmədən sökülməyə başlanıb. Onların sözlərinə görə, bu addım ciddi narazılığa səbəb olub.
Bir qrup sahibkar bildirib ki, ərazidə 21 reklam lövhəsi dağıdılıb və nəticədə onlara təxminən 210 min manat dəyərində maddi ziyan dəyib.
Məlumata görə, bu səbəbdən sahibkarlarla Agentlik əməkdaşları arasında gərginlik yaşanıb. Sahibkarlar bu addımı qanunsuz hesab etdiklərini və belə tədbirlərin ticarət mühitinə mənfi təsir göstərdiyini bildiriblər.
"Sədərək" Ticarət Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri Kəmaləddin Qədim bildirib ki, qüvvəyə minmiş məhkəmə qərarına əsasən, "Sədərək" bazarının ərazisi özəl mülkiyyət kimi tanınıb və bu barədə Dövlət Reklam Agentliyinə rəsmi məlumat verilib.
Onun sözlərinə görə, ticarət mərkəzinin ərazisi tam hasarlanıb, mühafizə olunur və giriş-çıxış idarə olunur. Reklam konstruksiyaları bazarın daxili ticarət zonasında, yəni ictimai yol və ya bələdiyyə ərazisi ilə əlaqəsi olmayan hissələrdə quraşdırılıb.
Dövlət Reklam Agentliyindən isə bildirilib ki, söküntü işləri qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilib.
Mövzu ilə bağlı videomaterial təqdim edirik:
Oxşar xəbərlər
Azərbaycanda bu şəxslər dövlətdən pulsuz avtomobil ala bilər - RƏSMİ
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli, 501 nömrəli Qərarına əsasən, əlilliyi olan bəzi imtiyazlı şəxslər Əmək və Əhalinin So...
