Arda Gülerin paylaşdığı foto bütün dünyada viral oldu

Türkiyəli futbolçu Arda Güler, Instagram hesabından yenə çoxlu fotoşəkillərlə paylaşım edib.
BAKU.WS xəbər verir ki, paylaşımdakı sondan bir əvvəlki foto xüsusilə diqqət çəkdib və qısa müddətdə bütün dünyada viral olub.
Real Madrid, milli matç fasiləsinə Villarreal qarşısında qazandığı kritik 3-1 hesablı qələbə ilə La Liqa lideri olaraq daxil olub. Lakin əyləncə yalnız meydanda qalmayıb.
Arda Güler Instagram paylaşımında son həftələrdən bir neçə foto paylaşıb. Bu fotolar arasında isə Kylian Mbappé-nin olduğu bir şəkil sosial mediada ən çox diqqət çəkib.
Maraqlı olan odur ki, bu foto matç qutlaması və ya məşq zamanı çəkilmiş bir an deyil, təyyarədə çəkilmiş fərqli bir görüntüdür. Fotoşəkildə Mbappé dərin yuxuda ikən, Arda Güler kameraya gülərək Fransız ulduza kiçik bir zarafat etmənin həzzini yaşayır.
Bu görüntü qısa zamanda sosial şəbəkələrdə yayılıb və futbol azarkeşləri arasında böyük bir gülüş dalğası yaradıb.
Qalereya
Oxşar xəbərlər
Məşhur rəssamın tabloları ictimai televiziya kanallarına dəstək üçün satışa çıxarılır
ABŞ-də tanınmış rəssam və televiziya aparıcısı Bob Rossun orijinal tabloları açıq hərraca çıxarılacaq. Satışdan əldə olunan gəlir ölkə üzrə ictimai televiziya k...
