Cavid Hüseynov vəzifəsindən ayrıldı - YENİ TƏYİNAT
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tabeliyindəki şirkətlərdən olan "Azərpoçt" MMC-nin İnsan Resursları Biznes Tərəfdaşlıq şöbəsinin rəhbəri Cavid Hüseynov öz istəyi ilə vəzifəsindən ayrılıb.
BAKU.WS İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı MMC-nin İdarə Heyətinin sədri Manaf Babayev müvafiq əmr imzalayıb.
O, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) İdarə Heyətinin sədri Əfqan Cəlilovun əmri ilə bu qurumda şöbə müdirinin müavini vəzifəsində fəaliyyətə başlayıb.
Qeyd edək ki, C.Hüseynov 2024-cü ildən "Azərpoçt"da çalışırdı. O, 2015-2021-ci illərdə "PashaPay"də, 2021-2024-cü illərdə isə "Kapital Bank"da işləyib.
Oxşar xəbərlər
Etibarnamə ilə avtomobil və mənzil almaq istəyənlərə XƏBƏRDARLIQ
"Etibarnamə əsasında avtomobil və ya mənzil almaq ilk baxışdan daha asan və sərfəli variant kimi görünsə də, bu üsul alıcılar üçün ciddi hüquqi və maliyyə riskl...