"Burada təhsil almaq qürurvericidir" - Zabux kəndinin yenilənən təhsil müəssisələri
Zabux kənd tam orta məktəbi zəngin tarixə malikdir və 1937-ci ildən fəaliyyət göstərir. 1992-ci ildə məktəb öz fəaliyyətini Bakının Pirşağı qəsəbəsində davam etdirib.
Doğma torpaqlarımız işğaldan azad edildikdən sonra, 2023-cü ilin dekabrın 13-də Zabux kənd tam orta məktəbinin yenidən açılışı həyata keçirilib.
Məktəbin direktoru Mübariz Rüstəmov Baku TV-yə bildirib ki, təhsil müəssisəsi yüksək texnologiya ilə təsis olunub:
"Sistem otaqları, fənn kabinələri, kimya, biologiya və informatika laboratoriyaları daxil olmaqla hər cür avadanlıqlar mövcuddur. Çalışırıq ki, Vətənimizə layiqli övladlar yetişdirək".
Məktəbin şagirdi Ədalət Məmmədov isə öz hədəflərindən danışaraq qeyd edib:
"Babamın adını daşıyan məktəbdə təhsil alıram. Böyüyəndə babam kimi polis olmaq istəyirəm".
Oxşar xəbərlər
Bakıdan Tbilisiyə qatarlar hər gün saat 23:10-da yola düşəcək
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) və "Gürcüstan Dəmir Yolları" SC arasında əldə olunmuş ilkin razılaşmaya əsasən, qatarlar hər gün Bakıdan saat 23:10-da yola...