Bu ünvanda köhnə evlər sökülür - Yerində yeniləri tikiləcək

Bu ünvanda köhnə evlər sökülür - Yerində yeniləri tikiləcək
Foto
Sosial 989

Sumqayıtda istismar müddəti başa çatan evlər və yaşayış binalarının söküntüsünə başlanılıb.

BAKU.WS-in əldə etdiyi məlumata görə, Sumqayıt şəhər 20-çi və 21-çi məhəllədə yerləşən köhnə, istismar müddəti bitən yaşayış binaları, eləcə də, fərdi evlərin söküntüsünə başlanılır.

Şəhər ərazisində sökülməsi nəzərdə tutulan binalar ötən əsrin 40-50-ci illərində tikilmiş, istismar müddəti başa çatmış yaşayış binalarıdır. Plana düşüb, gəlib ölçüblər. Sakinlərlə razılaşdırılıb.

Qeyd edək ki, köhnə evlərin söküntüsü və yeni binaların tikilməsi özəl tikinti şirkətinə tapşırılıb. Sakinlərə yeni evlərdə 20 kv metr əlavə mənzil, yaxud pul verilir.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirildi ki, artıq istismar müddəti keçən yaşayış binalarının söküntüsünə başlanılıb.

"İstismar müddəti başa çatmış, yaşayış binaların sökülərək yerində müasir yayayış binalarının tikilməsi prosesinə artıq başlanılıb. Bu işlər artıq mərhələli şəkildə həyata keçiriləcək".

Ziya SƏCCAD

Son xəbərlər