Bu ərazidə işıq olmayacaq
23
apr
2025
09:46
Lənkəran Elektrik Şəbəkəsində (EŞ) 35 kV-luq "Xanbulan" hava xəttində təmir işlərinin aparılması ilə əlaqədar aprelin 23-də bir sıra kəndlərdə elektrik xətləri sifarişə əsasən açılacaq.
"Azərişıq"dan BAKU.WS-ə verilən məlumata görə, bununla əlaqədar olaraq saat 10:00-dan saat 12:00-dək rayonun Kərgəlan, Şağlaküçə, Qurumba, Xanbulan, Parakənd, Bürcəli, Daştatük, Rvo, Şovu kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Oxşar xəbərlər
Dağlıq ərazidə yaşayanlara nazirlikdən XƏBƏRDARLIQ
Bəzi dağ çaylarında sel hadisəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə təkrar müraciət edib. FHN-dən BAKU.WS-ə verilən məlumata görə, hazırda ölkəd...