“Böyük Ermənistan” xəritəsinin “qəhramanı” barədə müdhiş xəbər: Nazirin dostu olub
08
okt
2017
09:42
“Azərbaycan tarixi” kitabında Azərbaycanı “Böyük Ermənistan”ın tərkib hissəsi kimi xəritədə göstərən kitabın müəllifi Kamran Əsədov haqqında sensasion məlumat əldə edilib.BAKU.WS ölkə.az-a istinadən xəbər verir ki, K.Əsədov 3 il öncə dələduzluqda ittiham olunub.Belə ki, Bakı şəhər sakinindən övladını ali məktəbə qəbul etdirmək adı ilə pul tələb edən K.Əsədovun qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilmişdi.Baş Prokurorluğun mətbuat xidmətinin 11 sentyabr 2014-cü ildə yaydığı məlumata görə, özünü Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) əməkdaşı kimi təqdim edən, Bakı Dövlət Universitetində (BDU) saat hesabı ilə müəllim işləyən Kamran Əsədov qəbul imtahanlarında lazımi bal toplamayaraq ikinci tura qalmış Bakı şəhər sakininin övladını Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul etdirməyi vəd edərək ondan 3.000 manat pul tələb edib və həmin puldan ilkin olaraq 500 manat alıb. Bundan sonra abituriyentin ikinci turda topladığı bal hesabına obyektiv meyarlarla ali təhsil müəssisəsinə qəbul olunmasına baxmayaraq, K.Əsədov guya qəbula kömək etdiyini təkid etməklə həmin şəxsdən 2 500 manat məbləğində pulu tələb edib alarkən əməliyyat tədbirləri zamanı cinayət başında yaxalanıb. Baxış zamanı K.Əsədovun üstündən 2 500 manat məbləğində nağd pul aşkar edilərək götürülmüşdü.Həmin dövr faktla bağlı cinayət işi başlanmış və K.Əsədov Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.2015-ci ilin fevral ayında isə K.Əsədov azadlığa çıxıb.Maraqlı məqamlardan biri budur ki, adı dələduzluqda hallanan belə bir şəxsə Təhsil naziri Mikayıl Cabbarov “Azərbaycan tarixi” kitabını necə həvalə edib?Əldə etdiyimiz digər bir məlumata görə isə Kamran Əsədovun nazir Mikayıl Cabbarovla yaxın dostluq əlaqələri var.BAKU.WS
Oxşar xəbərlər
400 minə toy etdiyi deyilən lift müdiri ilə bağlı RƏSMİ AÇIQLAMA
Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürov barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmır. APA-nın məluma...