Bakıda böyük əməliyyat: mənzildən 1,5 milyon manat tapıldı

Bakıda böyük əməliyyat: mənzildən 1,5 milyon manat tapıldı
Hadisə 4091

Bakıda qanunsuz dollar dəyişənlər cinayət başında yaxalanıblar.

BAKU.WS-in məlumatına görə, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb.

Qanunsuz valyuta mübadiləsi aparılmaqla valyuta tənzimlənməsi sahəsində mövcud qanunvericiliyin tələblərinin pozulmasına dair Bakı şəhər sakinindən daxil olmuş müraciətə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində baxılıb.

Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş birgə istintaq-əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakininin təqdim etdiyi 10.000 ABŞ dolları məbləğində pulun Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi 13 saylı binanın 44-cü mənzilində Vasif Məmmədov və Fariz Rüstəmov tərəfindən 15.600 manat pula qanunsuz mübadiləsi aparılarkən sonuncular cinayət başında yaxalanıb.

Qeyd olunan ünvanda aparılmış axtarış zamanı qanunsuz valyuta mübadiləsində istifadə üçün nəzərdə tutulmuş cəmi 349 104 (üç yüz qırx doqquz min yüz dörd) manat, 537 026 (beş yüz otuz yeddi min iyirmi altı) ABŞ dolları, 313 695 (üç yüz on üç min altı yüz doxsan beş) avro, 26.440 (iyirmi altı min dörd yüz qırx) ingilis funt-sterlinqi olmaqla ümumilikdə 19 ölkəyə məxsus və təqribən 1,5 milyon Azərbaycan manatı dəyərində milli və xarici valyutada pul vəsaitləri, habelə istintaq üçün əhəmiyyət kəsb edən sənəd və əşyalar aşkar edilərək götürülüb.

Şəxslər tərəfindən valyuta tənzimlənməsi sahəsində mövcud qanunvericiliyin tələblərinin pozularaq külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 192.2.2-ci (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq) maddəsi ilə cinayət işi başlanıb. Qeyd olunan maddə ilə ittiham elan olunmaqla V.Məmmədovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri, F.Rüstəmovun barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Hazırda cinayət hadisəsinin tam və hərtərəfli araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

BAKU.WS

Son xəbərlər