Bakıda qanunsuz dollar dəyişən şəxslər tutuldular
Bakı Şəhər Baş Polis İdarəsinin (BPİ) əyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində, paytaxt ərazisində ictimai yerlərdə qanunsuz valyuta mübadiləsi həyata keçirdiklərinə görə 5 nəfər saxlanılıb, barələrində İXM-in müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib. Bakı Şəhər Baş Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, həmin şəxslər Masallı sakini Həmidov İlqar Qunsur oğlu (1975 təvəllüd), İmişli sakini Abdullayev İstəməli Telman oğlu (1994 təvəllüd), Ağdam sakini Jəfərov Əfqan Jəlal oğlu (1967 təvəllüd), Cəlilabad sakini Şahbazov Habil Həbulla oğlu (1967 təvəllüd), Cəlilabad sakini Nağıyev Hüseyn Eldar oğludur (1985 təvəllüd). Bakı Şəhər BPİ rəsmən elan edir ki, qanunsuz valyuta mübadiləsinə qarşı tədbirlər mütəmadi olaraq davam etdiriləcək, bu qanınsuz əməli həyata keçirən şəxslər sərt cəzalandırılacaqlar. Ziya Babayev
BAKU.WS
Oxşar xəbərlər
Qanunsuz dollar satışına görə 3 nəfər saxlanıldı
Azərbaycanda xarici valyutanın qanunsuz mübadiləsini həyata keçirən 3 nəfər saxlanılıb. BAKU.WS-in məlumatına görə, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin r...