Özlərini “Asan Xidmət” əməkdaşı kimi təqdim edənlər tutuldu
15
fev
2016
12:35
Vətəndaşlara özlərini vəzifəli şəxsi kimi təqdim edənlərin qanunsuz əməlləri ifşa edilib. Baş Prokurorluğun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, özlərini "Asan Xidmət” mərkəzinin vəzifəli şəxsi kimi təqdim edərək, vətəndaşlara qarşı dələduzluq etmiş şəxslərin qanunsuz hərəkətləri barədə Bakı şəhər sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırmalar zamanı Nərgiz Elçiyevanın, özünü Bakı şəhər 4 saylı "Asan Xidmət” mərkəzinin direktorunun köməkçisi kimi təqdim edən Rəşad Rəcəbov vasitəsilə Bakı şəhər sakinini mərkəzin maliyyə şöbəsinə işə qəbul etdirəcəyi adı ilə aldadaraq 1200 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmələrinə şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Ziya Babayev BAKU.WS
Oxşar xəbərlər
"Ballı" marketin rəhbəri həbs olundu
Bakı şəhərində fəaliyyət göstərən "Ballı Market”in vəzifəli şəxsləri tərəfindən unun qiymətinin süni şəkildə artırılması barədə İqtisadiyyat Nazirliyindən daxil...