Nazirliyinin vəzifəli şəxsinə hədə-qorxu gələn şair həbs olundu (RƏSMİ)

Nazirliyinin vəzifəli şəxsinə hədə-qorxu gələn şair həbs olundu (RƏSMİ)
Hadisə 883

Vergilər Nazirliyinin vəzifəli şəxsi barədə kütləvi informasiya vasitələrində ifşaedici məlumatlar  yayma hədəsi ilə ondan pul tələb edilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində daxil olmuş müraciət araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, araşdırmalar zamanı Bakı şəhər sakini Saday Şəkərovun külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla  barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.   Qeyd edək ki, S. Şəkərov (Saday Şəkərli) Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairdir. Ziya Babayev BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda vəzifəli şəxs rüşvət alarkən tutuldu

Azərbaycanda vəzifəli şəxs rüşvət alarkən tutuldu

Sabirabad rayon İcra Hakimiyyətinin vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa edilib. Baş Prokurorluğun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Sab...

1583 Hadisə 17:47 22 dekabr 2015

Son xəbərlər