"Birliyin Gücü – 2026": Şərti düşmənin hava hədəflərinə zərbələr endirilib
Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçularının iştirakı ilə keçirilən "Birliyin Gücü – 2026" birgə hərbi təlimində şərti düşmənin hava hədəflərinə zərbələr endirilib.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təlimin planına uyğun olaraq, şəxsi heyətin, silah və texnikanın, eləcə də aviasiya vasitələrinin cəlb edilməsi ilə müxtəlif təlim-döyüş ssenariləri üzrə praktiki tapşırıqlar icra edilir.
Aviasiya vasitələri müəyyən edilmiş marşrutlar üzrə müxtəlif yüksəkliklərdə ustalıqla manevrlər edir, şərti düşmənin hava hədəflərinə, radar və zenit-raket komplekslərinə, hərbi texnika və terrorçuların yerüstü mövqelərinə zərbələr endirilir.
Məşqlərin məqsədi pilotların praktiki vərdişlərini təkmilləşdirmək, aviasiya vasiələrinin şəxsi heyətlə uzlaşmış fəaliyyətinə nail olmaq və onların təlimdə qarşıya qoyulmuş tapşırıqların mürəkkəb hava və relyef şəraitində yerinə yetirilməsi üzrə qabiliyyətlərini yoxlamaqdır.
Qalereya
Oxşar xəbərlər
Bakı-Sumqayıt yolu ilə bağlı SEVİNDİRİCİ XƏBƏR
Avtobusların Bakı-Sumqayıt yoluna birbaşa və sürətli çıxışını təmin etmək məqsədilə yeni avtobus zolağı təşkil edilib. Bu barədə BAKU.WS-ə Rəqəmsal İnkişaf və N...