Bayramqabağı rayonlara getmək istəyənlərin nəzərinə - DİN-dən AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
“Bu gün vətəndaşlar sərbəst şəkildə rayonlara gedib-gələ bilərlər. Bu dəqiqəyə qədər hələ ki, rayonlara giriş-çıxışa hansısa məhdudiyyət qoyulmayıb”.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov BAKU.WS-ə açıqlamasında bildirib.
Qurum rəsmisinin sözlərinə görə, hələlik DİN-də bu məsələ ilə bağlı hansısa məlumat yoxdur.
“Bu məsələ ilə bağlı qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verir. Hazırda belə bir qərar verilməyib”, - deyə Ehsan Zahidov bildirib.
Xatırladaq ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilib.
Ölkəmizdə koronavirus əleyhinə istifadə olunan “Coronavac” vaksini yeni ştamlara qarşı da effektivdir.
Oxşar xəbərlər
"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun təsdiqlənib
Prezident İlham Əliyev "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanunu təsdiq edib. BAKU.WS xəbər verir ki, qanun Azərbaycan Respu...