Bakıda nəqliyyatdan istifadə edənlərin NƏZƏRİNƏ - Bundan sonra...
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 8 Noyabr prospektindəki avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin etmək məqsədilə xüsusi yerlər yaradıb.
Qurumdan BAKU.WS-ə verilən məlumata görə, bunlar "Zəfər parkı"nın yaxınlığı, 2 saylı "ASAN xidmət" mərkəzi ilə üzbəüz, 59 nömrəli orta məktəbin yanındakı yerüstü piyada keçidinin yaxınlığı və onunla üzbəüz ərazilərdir.
Qeyd edək ki, bundan əvvəl 5 məntəqədə - Yusif Səfərov və Rəşid Behbudov küçələrində, həmçinin Rəşid Behbudov və Mikayıl Rəfili, 28 May və Fikrət Əmirov küçələrinin kəsişməsində, Neftçilər prospektində (Azərbaycan Dövlət Kukla Teatrının yaxınlığında) minib-düşmə yerləri sərnişinlərin ixtiyarına verilib.
Oxşar xəbərlər
Universitetlər Bakıdan köçürülür? - Nazir cavab verdi
"Bakıdakı universitetlər köçürülməyəcək, tələbə sayı azaldılacaq". BAKU.WS xəbər verir ki, bunu "Trend"ə müsahibəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev...