Bakı Qızlar Universitetinin müəllimləri işlə təmin olunacaqlar?
Bakı Qızlar Universitetinin onlarla müəllimi, eyni zamanda texniki işçisi işini itirmək təhlükəsi yaşayır.
BAKU.WS Xezerxeber.az-a istinadən xəbər verir ki, Bakı Qızlar Universitetində oxuyan tələbələrin digər özəl universitetlərə köçürülməsi haqda qərar verilib, lakin qərar bir çox müəllimə eləcə də texniki işçiyə şamil edilməyib.
Müəllimlər deyirlər ki, onları həm tələbələrdən ayrılmaq, həm də işsiz qalmaq narahat edir.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən bildirildi ki, Bakı Qızlar Universitetində 110 nəfərdən çox şəxs pedaqoji fəaliyyətə cəlb olunub. Tədrisə cəlb olunan şəxslərin yarısından çoxunun elmi dərəcəsi yoxdur. Eyni zamanda, onların əksəriyyətinin əsas iş yeri digər ali təhsil müəssisələridir. Bu səbəbdən universitetin təhsil fəaliyyətinin dayandırılması həmin şəxslərin əsas iş yerlərinin itirilməsi ilə nəticələnməyəcək. Universitetin ştatında çalışan əməkdaşlar isə digər təhsil müəssisələrində mövcud vakant vəzifələr üzrə müraciət edə bilərlər. Elm və Təhsil Nazirliyi də öz növbəsində məsələ ilə bağlı müvafiq ali təhsil müəssisələrinə tövsiyə verəcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
Oxşar xəbərlər
Kartdan-karta köçürmələrlə bağlı VACİB AÇIQLAMA: Hansı əməliyyatlara limit qoyulacaq?
Kartdan-karta köçürmələrə tətbiq ediləcəyi bildirilən yeni qaydalarla bağlı müzakirələr davam edir. Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir N...