Bakı İcra Hakimiyyətinin binası təmir olunacaq
29
iyn
2019
12:50
Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası təmir olunacaq.BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, tender binanın əsaslı təmir-bərpa işlərinin layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması məqsədilə elan edilib.Təmir-bərpa işlərini həyata keçirəcək şirkət qarşısında tarixi binanın xarici və daxili görünüşünə xələl gətirilməməsi əsas tələb kimi qoyulub.Xatırladaq ki, bina Bakı Şəhər Dumasının sifarişi ilə 1900-1904-cü illərdə polyak memar İosif Qoslavskinin layihəsi əsasında barokko üslubunda tikilib. Bu, memarın son əsəri olub.Bina Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınıb.
Oxşar xəbərlər
Mədəniyyət Nazirliyindən "Qrifonlu ev"lə bağlı açıqlama: "Şayiədir"
"Bakıdakı "Qrifonlu ev" kimi tanınan tarixi binanın sökülməsi ilə bağlı yayılan xəbərlər şayiədir".BAKU.WS report-a istinadən açıqlamasında Mədəniyyət Nazirliyi...