Bakı meriyasında yeni qurum yaradılır – YENİ QƏRAR

Bakı meriyasında yeni qurum yaradılır – YENİ QƏRAR
Siyasət 828

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfathesablı "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) yaradılıb.

BAKU.WS xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.Qərara görə, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfat hesablı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC yaradılıb. MMC-nin işçilərinin say həddi 16 ştat vahidi müəyyən edilib.Əmlak Məsələləri Dövlət Komitəsinə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin nizamnaməsinin təsdiq edilməsi və dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək, Bakı Şəhər İcra Hakimiyyətinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.BAKU.WS

Oxşar xəbərlər

Eldar Əzizov 3 nəfəri işdən çıxardı

Eldar Əzizov 3 nəfəri işdən çıxardı

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Başçısı Aparatının Hüquq şöbəsinin müdiri Sani Nəsibov, Əsаsli tikinti və təmir şöbəsinin müdiri Cüneyit İsmayılov və Kadr mə...

2000 Sosial 10:43 27 dekabr 2018

Son xəbərlər