Bakıda tarixi binaya əvvəl aqlay vurub görkəmini dəyişdilər, indi yenə təmir edirlər
26
may
2018
12:33
Bakının Nəsimi rayonu, Rəşid Behbudov və 28 May küçələrinin kəsişməsində yerləşən, bir neçə il əvvəl abadlıq adı altında fasadının görkəmi dəyişdirilən tarixi binada yenidən təmir işləri başlayıb.BAKU.WS "virtualaz.org"a istinadən xəbər verir ki, hazırda Bakı Şəhər İcra Hakimiyyətinin briqadası binanın fasadına bir neçə il əvvəl vurulmuş aqlay üzlük daşlarını ağardır. Tarixi 1900-cü ildən əvvələ gedib çıxan memarlıq abidəsinin fasadı artıq korlanıb.Yüzdən çox insanın yaşadığı tarixi tikilinin bu şəkildə “bərpası” sakinlərdə də narahatlıq yaradır. Onların virtualaz.org-a bildirdiyinə görə, yonulan daşlardan çıxan qırıntılar binaya ciddi xələl gətirərək görkəmini deformasiyaya uğradır.
Sakinlər təmir işlərinin təkcə binanın fasadında deyil, içəri tərəfində də aparıldığını dedilər. Amma əraziyə baş çəkən zaman orada iş icraçıları və ya fəhlələrlə qarşılaşmadıq.Sakinlərlə söhbət zamanı aydın oldu ki, təmir əsasən günün səhər saatlarında aparılır. Onların köməyi ilə günün ikinci yarısında 3-cü mərtəbədəki evlərdən birində işləyən fəhlələrlə danışa bildik. Fəhlələr təmirin BŞİH tərəfindən həyata keçirildiyini, binanın görkəminə xələl gətirilmədiyini bildirdilər.Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yaninda Mədəni irsin qorunmasi, inkişafi və bərpasi üzrə Dövlət Xidməti ilə əlaqə saxladıq. Xidmətdən, həqiqətən də, binanın yerli əhəmiyyətli abidə olduğunu təsdiqlədilər. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fariz Hüseynov bildirdi ki, sözügedən binada yalnız təmir işləri aparılır və bu da abidəyə xələl gətirmir.
“Rəşid Behbudov küçəsində bir neçə tarixi bina var və bunlar yerli əhəmiyyətli tikililərdir. Hazırda həmin binada abadlıq, təmir işləri aparılır. Abidənin sökülməsi və ya fasadının dəyişdirilməsindən söhbət getmir. Binaya bizim tərəfimizdən nəzarət olunur”.Xatırladaq ki, son illər şəhərin tarixi binalarının bir çoxu sökülüb, bir çoxunun isə görkəmi dəyişdirilib. Şəhərin Yasamal, Nərimanov və Nəsimi rayonlarında tarixi binaların sökülməsi və yerində “pilot layihə” çərçivəsində yeni çoxmərtəbəli binaların tikintisi dəfələrlə qalmaqallara səbəb olub.BAKU.WS
Oxşar xəbərlər
"Torqovıy"da təhlükəli vəziyyət VİDEO
Səhər saatlarında Bakının mərkəzində bir əsrdən çox yaşı olan binanın eyvanı uçub.BAKU.WS "xəzərxəbər"ə istinadən məlumat verir ki, hadisə zamanı bir obyektə zi...