Bakı 2020-ci ili möhtəşəm atəşfəşanlıqla qarşıladı

Bakı 2020-ci ili möhtəşəm atəşfəşanlıqla qarşıladı
Sosial 617

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Dənizkənarı Milli Parkda təşkil olunan bayram atəşfəşanlığını on minlərlə insan maraqla izləyib.

Yeni ilin sevincini paylaşmaq üçün şəhərimizin küçə və meydanlarına axışan sakinlər bayram atəşfəşanlığını böyük maraqla izləyiblər.

Ötən ili xoş ovqatla yola salan xalqımız 2020-ci ili yeni arzular və qələbələr sorağı ilə qarşılayıb. Qədəmlərin uğurlu olsun, Yeni il!

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər