Dənizkənarı Milli Parkda atəşfəşanlıq - FOTO

Dənizkənarı Milli Parkda atəşfəşanlıq - FOTO
Sosial 1277
Novruz bayramı və baharın gəlişi münasibətilə Azərbaycan paytaxtında keçirilən ümumxalq şənliyi martın 19-da Bakı Şəhər İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin və "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Dənizkənarı Milli Parkda təşkil etdikləri konsert proqramı ilə davam edib.BAKU.WS azərtac-a istinadən bildirir ki, parkda qurulmuş səyyar səhnənin qarşısında toplaşmış şəhər sakinləri və paytaxtımızın qonaqları tanınmış incəsənət ustalarının ifasında şən və oynaq mahnıları dinləyib, rəngarəng rəqslərə maraqla tamaşa ediblər. Baharı və Vətənimizin gözəlliklərini tərənnüm edən musiqi proqramı tamaşaçılarda xoş ovqat yaradıb, onların bayram sevincini daha da artırıb.Bayram şənliyi Bakının bahar səmasını al-əlvan rənglərə boyayan möhtəşəm atəşfəşanlıqla başa çatıb.BAKU.WS

Oxşar xəbərlər

İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edir

İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edir

Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilir.BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasının Prezid...

1764 Siyasət 10:31 19 mart 2018

Son xəbərlər