Bakı 2019-cu illə vidalaşır - FOTOREPORTAJ

2020-ci ilin gəlişinə az qalır. Şəhərin bütün küçələrində bayram əhval-ruhiyyəsi duyulur. Şam ağaclarının üzərinə asılan rəngarəng işıqlar, zərlər Yeni ilin gəlişinə az qaldığını xatırladır.
Xüsusilə Dənizkənarı bulvar ərazisində, “Azneft” dairəsində quraşdırılan böyük yolka ağacı nəinki uşaqların, böyüklərin, eləcə də, turistlərin əhval-ruhiyyəsini yüksəldir. Yolka ağaclarının yanında isə Yeni ilin ilk qonaqları sayılan Şaxta baba və Qar qız uşaqları bir anlıq nağıllar aləminə aparır.
Qeyd edək ki, bu 2020-ci il siçan ilidir. Yeni ilin gəlişi isə hər zaman yenilənmə və yeni dövrün başlanğıcı hesab olunur. Onu da nəzərinizə çatdıraq ki, Yeni il axşamı şəhər sakinlərini bir-birindən maraqlı, möhtəşəm bayram proqramları gözləyir.
BAKU.WS oxu.az-a istinadən Bakının 2019-cu il üçün son fotolarını təqdim edir:
Qalereya
Oxşar xəbərlər
Bakı Metropolitenindən sərnişinlərə Yeni il sürprizi
Ənənəsinə sadiq qalan “Bakı Metropoliteni” QSC bu il də 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə sərnişinlərini xüsusi layi...
