Bakıda 37 metr hündürlüyündə yolka quraşdırılır - FOTO

13
dek
2018
23:02
Qarşıdan gələn Yeni il bayramı ilə bağlı paytaxt Bakıda hazırlıq işləri görülür.Trend-in məlumatına görə, Bakının müxtəlif yerlərində yolka ağaclarının quraşdırılmasına başlanılıb. Ənənəvi olaraq şəhərin ən hündür yolkası bu il də Azadlıq meydanında quraşdırılacaq.Uzunluğu 37 metr (ulduz daxil), diametri isə 16 metr olan Yeni il ağacını artıq sözügedən yerdə quraşdırmağa başlayıblar.İş icraçısının Trend-ə verdiyi məlumata görə, hava şəraiti əlverişli olarsa, işlər vaxtında bitəcək və yolka bu ayın 22-də şəhər sakinlərinin ixtiyarına veriləcək.BAKU.WS






Oxşar xəbərlər
Bakıda Yeni il “yolka”sı neçəyə başa gəlir? – VİDEOREPORTAJ
Bakıda yeni il münasibətilə bayram yarmarkaları fəaliyyət göstərir. BAKU.WS xəbər verir ki, əsasən metroların çıxışında çadırlar qurulub. Həmin çadırlarda bayra...
