Bakıda Yeni il “yolka”sı neçəyə başa gəlir? – VİDEOREPORTAJ
11
dek
2018
13:30
Bakıda yeni il münasibətilə bayram yarmarkaları fəaliyyət göstərir. BAKU.WS xəbər verir ki, əsasən metroların çıxışında çadırlar qurulub. Həmin çadırlarda bayram yarmarkaları təşkil edilib. Hər gün səhər saatlarından başlayaraq, çadırlarda alış-veriş başlanır. BAKU.WS olaraq "28 May" metrostansiyasının qarşısında açılan yarmarkalara baş çəkib, qiymətlərlə maraqlandıq. İlk olaraq bayram atributu olan Şam ağaclarının (“Yolka”) qiymətlərilə maraqlandıq. “Yolka”lar 25 manatdan 320 manat arasında dəyişir. “Yolka” ağaclarının oyuncaqlarının qiymətləri isə ölçü və keyfiyyətinə görə fərqlənir. Nisbətən sadə görünüşlü, balaca bir bəzəyi 1 manata, 1.50 manata ala bilərsiniz. Ölçülər və kefiyyət artdıqca qiymətlər də 3-4-6-8, hətta 40-150 manata qalxır. Ağacı bəzəmək üçün istifadə edilən zərləri də fərqli qiymətlərə satılır. Zərləri 50 qəpikdən 50 manat arasında dəyişir. Orta səviyyəli “yolka” ağacını qurmaq üçün 10 manat pul xərcləmək lazımdır. Bayram yarmarkalarından reportajı təqdim edirik: Ziya SƏCCADBAKU.WS
Oxşar xəbərlər
Metroların qarşısında çadırlar quruldu - bayram yarmarkalarına start verildi
Bakıda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1 yanvar - Yeni il bayramı münasibətilə bayram yarmarkalarına start verilib.Bakı Şəhər İcra Haki...