Bakı metrosu bayram günü saat 1-ə qədər işləyəcək
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Bakı metropoliteni dekabrın 31-dən yanvarın 1-nə keçən gecə 1 saat artıq sərnişinlərə xidmət göstərəcək.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev BAKU.WS-ə bildirib ki, Bakı metrosu 31-i gecə saat 01:00-dək işləyəcək. Belə ki, həmin gün Bakı Şəhər İcra Hakimiyyətinin Dənizkənarı Milli Parkda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirəcəyi şənlikdə iştirak edən sakinlərin rahatlığını təmin etmək məqsədilə metropoliten bu addımı atır. N.Paşayev əlavə edib ki, sərnişin sıxlığı yaranarsa, vaxt daha da uzadıla bilər. Ziya Babayev BAKU.WS
Oxşar xəbərlər
Bakıda möhtəşəm atəşfəşanlıq olacaq!
Dünya azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Dənizkənarı Milli Parkda dekabrın 31-də möhtəşəm atəşfəşanlıq təşkil olunacaq. Bakı Şəhər İcr...