Bakı metropoliteni işdən çıxardığı 200 xanımı yeni işlə təmin edəcək

Bakı metropoliteni işdən çıxardığı 200 xanımı yeni işlə təmin edəcək
Sosial 1157

Bakı metrosunda xəzinədarlıq ştatı ləğv olunandan sonra orada çalışan 200 nəfər işsiz qalıb. Lakin metropoliten rəhbərliyi bacardığı qədər həmin işçiləri yeni işlə təmin etməyə çalışır.

"Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev BAKU.WS-ə açıqlamasında bildirib ki, yeni nəzarətçi ştatı yaradılıb. Bu ştata kənardan yox, xəzinədarlıqda çalışan xanımlar dəvət olunub. Həmin xanımlar imtahandan keçirilib. İmtahanı müvəffəqiyyətlə başa vuranlar yeni işlə təmin olunublar. "Metropoliten rəhbərliyi əməkdaşlarını işsiz qoymamaq üçün gələcəkdə qurum daxilində yeni vakansiyalar açıldıqda həmin iş yerlərini onlara təklif etmək niyyətindədir. Fəhlə, xadimə, nəzarətçi və s. işlər təklif olunur”, - deyə Nəsimi Paşayev bildirib.

Qeyd edək ki, "Bakıkart” sisteminə keçidlə əlaqədar oktyabr ayının 1-dən etibarən metroda xəzinədar ştatı ləğv olunub. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Bakı metrosundan “qadınlar arxa vaqona minsin” kampaniyasına reaksiya

Bakı metrosundan “qadınlar arxa vaqona minsin” kampaniyasına reaksiya

Sosial şəbəkə istifadəçiləri arasında yeni başlanan kampaniyaya Bakı Metropolitenindən münasibət bildirilib. Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevi...

5042 Sosial 16:02 02 noyabr 2015

Son xəbərlər