Bakı metrosundan “qadınlar arxa vaqona minsin” kampaniyasına reaksiya
Sosial şəbəkə istifadəçiləri arasında yeni başlanan kampaniyaya Bakı Metropolitenindən münasibət bildirilib.
Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin BAKU.WS-ə verdiyi məlumata görə, əgər sərnişinlər arasında belə bir aksiya başlayarsa, metropoliten rəhbərliyi tərəfindnə bununla bağlı heç bir qadağa olmayacaq.
"Metro hər kəsin üzünə açıqdır. Sərnişinlər istədikləri qatara minə bilərlər. Təki maşinist üçün ayrılan kabinəyə girməsinlər. Qatarda gedərkən qocalar, əlillər və hamilə qadınlar üçün nəzərdə tutulan yerlərdə oturmasınlar. Bir-birilərinə qarşı diqqətli olsunlar”, - deyə Nəsimi Paşayev bildirib.
Ziya Səccad
BAKU.WS
Oxşar xəbərlər
Bakı metrosunda nasazlıq yaşandı
Bu gün Bakı metrosunda qatarların birində nasazlıq olub. Metropoliten rəsmisi Nəsimi Paşayevin BAKU.WS-ə verdiyi məlumata görə, 7 saylı marşrutun qapısında nas...