Bakı-Sumqayıt yolundakı tıxacların bitmə tarixi məlum olub

Bakı-Sumqayıt yolundakı tıxacların bitmə tarixi məlum olub
Sosial 1130

 

Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında səhər saatlarında yaranan tıxaclar 2015-cı ilin sonuna qədər davam edəcək.

BAKU.WS məlumat verir ki, bunu "Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Nəsimi Paşayev sözügedən ərazidə yolun mərkəzi hissəsində qazma işlərinin başlanıldığını bildirib:

"Bu səbəbdən yolda avtomobillərin sıxlığı müşahidə olunur. Bakı-Sumqayıt yolunda metronun "Avtovağzal” stansiyasından çıxıb Biləcəri istiqamətinə gedən və əks istiqamətdə gələnlər üçün yeraltı piyada keçidinin tikintisi aparılır. Ərazidə ağır texnikalar işləyir. Bu səbəbdən yolda avtomobillərin hərəkətinə məhdudiyyətlər olur. Sürücülər bir az səbrli olsunlar. Çünki işlərin yekunlaşmasına ay yarım vaxt qalır”.

 BAKU.WS

Oxşar xəbərlər

Bakı-Sumqayıt yolu parçalandı (FOTO)

Bakı-Sumqayıt yolu parçalandı (FOTO)

Dünən gecə saatlarında Sumqayıt yolunun Bakı istiqamətində olan hissəsində əsas yolda yarıqlar əmələ gəlib. BAKU.WS-in məlumatına görə, Bakı-Sumqayıt yolunda...

1063 Hadisə 12:27 13 oktyabr 2015

Son xəbərlər