Bakı metrosunda həyəcan, sərnişinlər tuneldə qaldı

Bakı metrosunda həyəcan, sərnişinlər tuneldə qaldı
Hadisə 1600

Bu gün saat 09:16-da Bakı Metrosunda sərnişinlər həyəcanlı anlar yaşayıblar.

BAKU.WS-in məlumatına görə, metronun "Ulduz” stansiyasından "Nərimanov” stansiyasına gedən istiqamətdə qatar tuneldə qalıb. Təxminən 10 dəqiqə tuneldə qalan qatardakı sərnişinlər təşviş yaşayıblar. Bundan əlavə, ümumi qatarların hərəkətində bir qədər gecikmələr müşahidə olunub.

Məsələni aydınlaşdırmaq üçün Bakı Metropoliteni ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev BAKU.WS-ə bildirdi ki, səhər saatlarında metorunun "Həzi-Aslanov” istiqamətindən hərəkət edən 42 saylı marşrut qatarında texniki nasazlıq olub. Bu səbəbdən də, "Həzi-Aslanov” istiqamətindən "İçərişəhər” istiqamətinə hərəkət edən 15 saylı marşrut qatarı tunelda qalıb.

"Nasazlıq aradan qaldırılıb. Hadisə zamanı xəsarət alan olmayıb. Hazırda qatarlar hərəkət qrafikinə uyğun işləyirlər”, - deyə Nəsimi Paşayev bildirib.

Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

Bakı-Sumqayıt qatarı yarıyolda qaldı

Bakı-Sumqayıt qatarı yarıyolda qaldı

Sumqayıtdan Bakıya gələn yeni elektrik qatarının hərəkətində fasilə yaranıb. BAKU.WS-in məlumatına görə, qatar yolda dayanıb. Hadisə şahidləri bildiriblər ki,...

1286 Sosial 11:39 09 noyabr 2015

Son xəbərlər