Bakı-Sumqayıt qatarının Siyəzənə gedib çıxması xəbərinə rəsmi açıqlama
Dünən Bakı-Sumqayıt qatarının Sumqayıt əvəzinə Siyəzənə gedib çıxması barədə məlumatlar yayılıb.
BAKU.WS-in məlumatına görə, sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində bildirilir ki, qatar 40 dəqiqə əvəzinə sərnişinləri mənzilbaşına 2 saata aparıb. Səbəb də, maşinistin dəmiryol ayrılmasını səhv salması olub. Nəticədə qatar gedib Siyəzənə çıxıb. Bundan başqa, sərnişinlər Bakı-Sumqayıt qatarının gecikmə ilə işlədiyindən də narazılıqlar edirlər. Məsələyə aydınlıq gətirmək üçün Azərbaycan Dəmir Yolları QSC-nin Sərnişin Daşımaları Departamentinin rəis müavini Mədət Şıxəmirovla əlaqə saxladıq. Qurum rəsmisi BAKU.WS-ə bildirdi ki, deyilənlərin hamısı şayiədir. Onun sözlərinə görə, Bakı-Sumqayıt qatarı Siyəzənə getməyib. "Yalandan ağızlarına gələni yazırlar. Belə bir şey olmayıb və ola da bilməz”, - deyə Mədət Şıxəmirov bildirib. Qurum rəsmisi qatarın hərəkət qrafikində gecikmələrə də aydınlıq gətirib. O bildirib ki, dəmiryolunda aparılan təmir və yenidən qurma işlərilə əlaqədar 5-10 dəqiqə gecikmələr olur: "Hazırda həmin istiqamətdə təmir işləri parılır. Buna görə də, bir müddət qatarların hərəkətində gecikmələr olması mümkündür. Lakin təmir işləri yekunlaşdıqdan sonra qatarların hərəkətində heç bir problem olmayacaq”. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Bakı-Sumqayıt qatarının hərəkət qrafiki yenə dəyişdirildi
Sentyabrın 19 və 20-də Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlinə bəzi dəyişikliklər ediləcək. "Azərbaycan Dəmir Yolları”...