Bakı-Sumqayıt qatarı yarıyolda qaldı
Sumqayıtdan Bakıya gələn yeni elektrik qatarının hərəkətində fasilə yaranıb. BAKU.WS-in məlumatına görə, qatar yolda dayanıb. Hadisə şahidləri bildiriblər ki, səhər saatlarıdna gələn elektrik qatarı təxminən 15-20 dəqiqə yolda qalıb. Deyilənləri dəqiqləşdirmək üçün "Azərbaycan Dəmir Yolları” QSC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov BAKU.WS-ə bildirdi ki, həqiqətən də, bu gün səhər saatlarında Bakı-Sumqayıt qatarının hərəkətində fasilə yaranıb. "Bu gün səhər saat 08:45-də Sumqayıtdan-Bakıya gedən qatarın hərəkətində 10 dəqiqəlik fasilə yaranmışdı. Qatarda elektrikdə gərginlik yaranıb və qatar Biləcəri stansiyasında dayanmalı olub. Amma sonradan nasazlıq aradan qaldırılıb. Hazırda qatarlar öz qrafikləri ilə hərəkətlərini davam etdirirlər”. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Bakı-Sumqayıt qatarının Siyəzənə getməsilə bağlı növbəti açıqlama (RƏSMİ, XƏRİTƏ, CƏDVƏL)
Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının sürətinin daha da artırılması məqsədilə profilaktik tədbirlər həyata keçirilir, dəmir yolunun müha...