Bakı-Sumqayıt qatarının Siyəzənə getməsilə bağlı növbəti açıqlama (RƏSMİ, XƏRİTƏ, CƏDVƏL)

Bakı-Sumqayıt qatarının Siyəzənə getməsilə bağlı növbəti açıqlama (RƏSMİ, XƏRİTƏ, CƏDVƏL)
Sosial 2076

Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının sürətinin daha da artırılması məqsədilə profilaktik tədbirlər həyata keçirilir, dəmir yolunun mühafizə zolağında, sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə çəpərləmə işləri aparılır. "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun BAKU.WS-ə verdiyi məlumata görə, bununla əlaqədar elektrik qatarları mənzil başına 48 dəqiqəyə çatır. Dünən gediş vaxtı 48 dəqiqə olmaqla Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarları 16 reys edib. Elektrik qatarlarının 8-i Bakı-sərnişin stansiyasından Sumqayıt – sərnişin stansiyasına, 8-i isə əks istiqamətə hərəkət edib. Profilaktik tədbirlər başa çatandan sonra elektrik qatarlarının hərəkət cədvəlinə yenidən baxılacaq, yolda olma vaxtı azaldılacaq. Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək. Qeyd edək ki, qatar Bakı-Biləcəri-Xırdalan-Sumqayıt istiqamətində və geriyə hərəkət edir. Aparılan yenidənqurma işləri ilə əlaqədar müvəqqəti olaraq  Biləcəri və Xırdalan stansiyalarında qatarların dayanması nəzərdə tutulmayıb Ziya Səccad BAKU.WS

 

Son xəbərlər