Bakıda güclü tıxac - FOTO

Bakıda güclü tıxac - FOTO
Sosial 6055
Bakıda güclü tıxac yaranıb. BAKU.WS-in RePost.Az-a istinadən veridyi məlumata görə, şəhərin əksər küçə və prospektlərində nəqliyyatın hərəkəti iflic olub.Xüsusilə də 3 mikro rayon dairəsində avtomobillərin hərəkəti tamamilə dayanıb. İki saatdan çoxdur insanlar küçədə qalıb. Dövlət Yol Polisi əməkdaşları isə görünmür. Avtobusda olan sərnişinlər mənzil başına çatmaq üçün piyada getməyə üstünlük veriblər. Şəxsi avtomobilində olanlar isə mühərriki söndürərək yolun nə zaman açılacağını gözləyirlər. Hətta bir neçə maşının yanacağı bitərək yolda qalıb. Bu isə vəziyyəti daha da çətinləşdirib.BAKU.WS

Son xəbərlər